Görkəmli heykəltəraşFuad Əbdürrəhmanovun xatirəsinə

O, heykəllər dünyasında səyyah idi,Yol getmişdi on ikinci əsrə qədər.O, heykəllər dünyasında Allah idi,Daşa gülüş vermiş idi,tunca qədəm.Rudəkinin hər gözünün didəsindəBir günəş əritməyə həsrət vardı.Günəş endi Pamirin ağ zirvəsindənO əllərdə o gözlərə nur apardı.Əl uzadıb üfüqlərə qapı açanŞair ona dan işığı bağışladı.O, yol gəldi Nizamidən Vurğunacan,Neçə qaya-zəmilikdə yer xışladı.Nəfəs dərib, külüngünü çaldı yerə;Səda kimi daşdan-daşa keçib getdi.Fuad həyat gətirmişdi heykəllərə,Fuad heykəl həyatına köçüb getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets