Mənim validolum
Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.Bir dəfə səhhətini soruşanda dedi: «Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur». Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.
Mənim validolum körpəcə nəvəm...O gəldi – ürəyim ağrını danır.O gəldi – çay gəlir, çöl gəlir evə,Olur iş otağım futbol meydanı.
At kimi çullayır yazı masamı,Açıb qayışımı cilov düzəldir.«Quyruğu bəs hanı?Yalı bəs hanı?Yox, belə at olmaz! – xoşuna gəlmir.»
Kağıza bığ çəkir: uzun bığ, eşmə.«Qoy, – deyir, – babacan, çənəndən asım,Qara bığlarını buna dəyişmə,Qoy elə saqqalın bığ da saxlasın».
Sualın aramı, uyğusu yoxdur:«Niyə qaranlıqda ulduzlar azmır?»«Bəs niyə pişiyin buynuzu yoxdur?»«Göy niyə tökülmür?»«Yer niyə aşmır».
Kiminsə kəlamı yadında qalıb:Mən tutqun olanda dillənir balam:«Günəş güləyəndir,Ay qaşqabaqlı...Birisi nənəmdir, birisi babam».
Mənim validolum, – körpəcə nəvəm,Həniri gəldimi – qəm itkin düşür.O gəldi – çay gəlir, çöl gəlir evə,Gözümə, könlümə gün ilkin düşür.
Boyuna boy alım dağ zirvəsindən,Adına ad verim: qeyrət səngəri!Mən qoca qoruqçu vəzifəsində,Sən ana dilimə sərhəd əsgəri.
Suya yönəlməyə, oda varmağaQolum, qanadım ol, ey körpə nərim!Üfüqdən-üfüqə od aparmağaGözündən qığılcım gözlər gözlərim.
Pitsunda, 2 noyabr 1983
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-menim-validolum
Use ← → keys to move, R for a random poem
More by this author
Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, «Sarıbulaq» adlanan dərəyə gedən yolun üstündə bir sal daşa «Məmməd Araz kürsüsü» adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.*Fərmanına, təltifinə alqış, ey çoban,
Daha inanmıram...Daha inanmıram boş vədələrə,Göz yaşın od olsa – qəhər demərəm.
PuşkinəNecə deyim: ölümünün yüz əlli ili?..Sənin əlin tətikdədir yüz əlli ildi.
Tikansız yazılarDostum İsaya*Tikanlı yazılar yazdığım yetər,
Poems by other poets
Ey mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksərHər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,