Necə deyim: ölümünün yüz əlli ili?..Sənin əlin tətikdədir yüz əlli ildi.Çox xırdalar bərk ayaqda qeybə çəkilir,Böyük dərdlə vuruşana böyük deyildi.

Səndən keçdi Rusiyaya atılan güllə,Namərd bilir: xalq ürəyi – şair ürəyi!Ölümsüzdür açıq-aşkar açılan güllə,Qara həsəd gizli-gizli yeyir ürəyi.

Hər xəyanət uçrumundan bir tale alsaq,Min gecəmiz,Min küçəmiz çıraqban olar.Məncə, şair qüruruna daş atan alçaqAnasına-bacısına kəm baxan olar.

Sənin səsin: «Hər zamanda zamandan qorunQalır pislər yaddaşında, pis illər ölmür!Bir Dantesə bəsdi bircə hörümçək toru,Çətin odur – qatil ölür, qatillər ölmür».

İndi qatil min donludu,Bir donlu deyil.İndi «ağıl daşqınından» qatil artmada.İndi qatil atlı deyil,Faytonlu deyil,İndi qatil ulduzlara kəmənd atmada!

Şair səsi el səsinə Allahdan yaxın,Hər diri söz, hər incə dil bir incizərrə.Nəsiminin qürubunu görsəydin, yəqinSən birinci namizəddin ikinci yerə.

Yenə şair güllələyir görünməz əllər,Yenə səsi səs göyərdir Nerudaların,Taxıl əkir, un ələyir fənd bilməzəllər,Yenə əllər ətəyində – yağışın, qarın.Ölməzliyi ucaldana ölməz deyilir:Qibtəçini kindi boğan,Kindi öldürən.Gəl geriyə varaqlayaq yüz əlli ili,Qatil, görək kimdi ölən, kimdiöldürən!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets