Küləklər
Döy qapımı, döy qapımı, Müşfiq küləyi,Əli Kərim qasırğası, qır pəncərəmi.Bir uçurumdan asılıdır şair ürəyi,Bir sal daşa söykəmişəm pəncələrimi.
Küləklərin laylasında uşaq kimiyəm,Küləklərin nənnisində oynayır əlim.Küləklərə qısılıram nənəmdir, – deyə,Saçlarını oxşamaqdan doymayır əlim.
Torpağımız alov quşlu, şimşək cüyürlü,Bu torpağı qucmaq üçün dumanlaşaydım,Əyiləydim bir div kimi: Arazlı, KürlüDərələri sümürəydim, tufanlaşaydım.
Qarşı gələn səd küləyi, sərhəd küləyiMənim külək qoşunlarım əzərdi onda.Eh, nə bilim, bir dəlisov Məmməd küləyiBəlkə sizin dalınızca əsərdi onda...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-kulekler
Use ← → keys to move, R for a random poem