Murova qar yağırdı
Axşamdan başlamışdı;Murova qar yağırdı;Qar altda donmuşlarınüstünə qar yağırdı.Düşmənin qəfil hücum qəsdinə qar yağırdı.Kürəkçayın nəfəsi batmış idi elə bilMürgü bilməz küləkləryatmış idi elə bil;Keşikdəki əsgərin baxışı, zəndi oyaq...Murova qar yağırdı.Murova qar yağacaq,Min illərlə belə sıldırımlar qalacaq...Qalacaq dilsiz yatan hər qaya, hər qalaçaBu dəli uçrumlara ələnən qar qalacaq.Döngəni düz, düzü döngə eyləyənO qarların altındangizli cığır keçəcək,O qarların üstündən açıq cığır keçəcək,O, qorxmazlar cığırı, igid ərlər cığırı,O, cəsarət cığırı,yenməz hünər yoludur,O, dönməzlər yoludur, qalib əsgər yoludur;Murova qar yağırdı...Hardasa, kimlərinsədəminə qar yağırdı...Nigaran anaların qəlbinə qar yağırdı...Bir azdan qar tutacaqkeçidləri, yolları;Bircə əsgər nəfəsi,Sayıq əsgər nəfəsiƏridəcək o qarıMurova qar yağırdı...
Murovdağ – Bakı,noyabr, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-murova-qar-yagirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Zəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.