Yol ayrıcında söhbət
Mən özüm bilirəm nəçiyəm, nəyəm;Tikdiyim bu daxma, hördüyüm budur,Odası tər-təzə, odu köhnəyəm,Əlimdən bu gəlir, gördüyüm budur...Beşi xoşlasa da, biri xoşlamaz,Sinəmdə buz yanar, canlı qışlamaz,Qələmim ot biçməz: küləş xışlamaz;Məni bağışlayan olarmı? –Çətin!
Özümdən danmışam öz günahımı,Nə qədər xeyrimiz, şərimiz qalıb;Dərdsiz yox, bölüşəm könül ahımı,Bircə soyulmayan dərimiz qalıb,Soyun dərimizi, soyun, yaşayaq,
Beş günlük ömürdü, qoyun, yaşayaq,Qurd ola bilmədik, qoyun yaşayaq,Məni bağışlayan olarmı? –Çətin!
Talelər dayaqsız dayaqlar üstə,Bir qəlbi göynətmir min tale dərdi.Tüstülü, tüstüsüz ocaqlar üstəAşları buğlanan biganələrdi.Mən ki, hər ölənlə ölə bilmirəm,Mən ki, bölünməzi bölə bilmirəm.Üzü dönüklərdən dönə bilmirəm.Məni bağışlayan olarmı? –Çətin!
Demədim kimə «şah», kimə «yetimsən»,Bu qara millətin, bu ağ millətin,Dedim ki, yemini Allah yetirsinAğlı gödəninə calaq millətin!Payını it qapar maymaq millətin!Yamaq millətlərə, yamaq millətin!Qadını ər doğmaz qorxaq millətin!Məni bağışlayan olarmı? –Çətin!
Dünənim, bu günüm ayağım altda,Baxıram: üfüqdə sabah görünür,İnsandır çıxaran insanı yaddan:Sabahın əlində silah görünür,Sabahın dilində silah səslənir,İlahi, nə böyük günah səslənir,Şair dodağında bir ah səslənir:Məni bağışlayan olarmı? –Çətin!
23 may 1991
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-yol-ayricinda-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
Vaxtın qalsa əgər*Mənə də baş çək...*
Sənin də etibarın bura qədərmiş, heyif...Sənin də etibarın bura qədərmiş, heyif...Dözümünün dözümü çatmadı sona qədər.
Dostlar qazsın məzarımıGözlərimə payın yetsəGözün aydın, torpaq anam.
Palıd, səni kim yıxdı?Ucalmağa göyün dayaz,Dərinliyə yerin dayaz.
Poems by other poets · Homeland
Cəfər, bu səhər mən səni şair kimi andım,Gəl, gəl, dedim, ancaq mənə hay gəlmədi səndən.
عیش عیش ما باشد گر تو یار ما باشیمی دهی و می نوشی رازدار ما باشی
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!
Qaçaq KərəmKərəm keçdi bu dağlardan, o dağlardan ulu Tanrım!Adı getmir ürəklərdən, dodaqlardan ulu Tanrım!