Deyirlər ki qız bibiyə oxşuyarMənim balam xalasına bənzəyib.Anasının bacıları bir deyil,Üzündəki xal hansına bənzəyib.

Dam dolusu toyu çəkib birinə,Şirinlikdə suyu çəkib birinə,Ucalıqda boyu çəkib birinə,-Balaca Qız Qalasına bənzəyib.

Anasını çıxarmayıb yadından,Od alıbdır gözlərimin odundan.Ad alıbdır nənəsinin adından,-Şirin-şəkər laylasına bənzəyib.

Kirpikləri yaranışdan hörgüdür,Təbiətin təşbehidir, görküdür.İkimizin arasında körpüdür,-Bir az mənə, bir az ona bənzəyib....

Gəlişindən evimizə gün düşüb,Qonşulara haray düşüb, ün düşüb,Hansı alma budağından gen düşüb,-Körpə ceyran balasına bənzəyib.

Nə az, nə çox on ay keçib ilindən,Təzə-təzə sözlər bitir dilindən.“Yanıxlıyam”anasının əlindən,-Nə yaxşı ki, xalasına bənzəyib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets