Ömrüm bir yanıq kösöydüQalıb xatirə çağları.Soyuq-soyuq yellər döydüİsti-isti ocaqları.

Min ildi əkin əkirəmHər qarga bu şuma gəlmir.Nə çəkirəm mən çəkirəmHeç nəyim xoşuma gəlmir.

Axtardığım bu nə yatırGəlir, çıxarın altında.Dünənin baharı yatırSabahın qarı altında.

Hələ istək, arzu şaxdıÖmrün ötən yatırındaKönlüm bir yetim uşaqıQədim bir Türk çadırında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets