Yelə bir söz söyləmişdim...
Ümid yeri varmı görənSorağına qaçan yox.Məktub yazsan cavab verənZəng eləsən açan yox...
Bir şey gəlməz əllərindənHamı laldı, hamı kar.Yenə Bağdad ellərindənGeri dönməz durnalar...
Qərib bağı bar gətirməzSu yerinə axsa qan.Göyərçinlər söz götürməzXəbər verməz saxsağan.
Nə çoxalır, nə azalırHardan gəldi bu çənlər...Ürəyimə kölgə salırÜrəyindən keçənlər.
Nə o yandı, nə bu yandı,İtib çıxış yolu da.Göz yaşını buxarlandırÜmid qaldı buluda...
Adım dildən dilə düşdüSazım zildən bəmədi.Yelə bir söz söyləmişdimSənə bir şey demədi?
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-yele-bir-soz-soylemisdim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Ana hədiyyəsiAnam namaz üstə əl açıb göyəAllaha yalvarır "ya rəbbim! - deyə: