Qoynunda yenidən doğulum Orhun,Özümü oduna qoy yaxım gəlim.Batım sularına, boğulum OrhunQurdanan qiyamətə qalmağım gəlib.

Hanı sahilində qurduğum saray?Zaman atlı bilmir, piyada bilmir.Bulaq çağlarına qayıtmır hər çay,Hər budaq kökünə qayıda bilmir.

Bu Tanrı dağları laldımı, Orhun,Bir ürək qızdırıb, bir sirr verən yox.Qisas qiyamətə qaldımı, Orhun,Daha sularına nəzir verən yox.

Əyilim önündə bir oğul kimi,Qoy hopsun canıma hər qara-qorxun.Amma icazə ver, gümüş pul kimiAtım ürəyimi suyuna, Orhun

Yoxsa sıyrılmısan, Orhunum oxdan,Ya günəş nurunda gümüş tiyəsən.Səni axtaırdım, mən səni çoxdanSən də gəlişimi duydun deyəsən.

Gəldim zamanları salıb ayaqdan,Babamın saldığı o yurd hardadı?Bozqırlar gözümə dəyir bayaqdan,Ruhumun sahibi bozqurd hardadı?

De, hardan almısan, Orhun, bu adı?Açır sirlərini Babur hələ də..Min ildi başına qalan Türk atıMonqol çöllərimndə çapır hələ də..

Demə bura hara, oğul, sən hara,Düşüb yaddaşımın izinə gəldim.Əsirdən əsirə üzü bahara,Tanrı dağlarının özünə gəldim.

Bu sirrin fərqinə vardıq hansımız,Özü olmayanın sözü yoxuymuş...Orhun yazıları alın yazımız,Demə, yazılana pozu yoxuymuş..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets