Ağlar
Gəldi ağlamalı günü dünyanınQaldı yaşanası zamanı ağlar.Qaldı buxarlanan o göz yaşları,O bulud, bizdən çox səmanı ağlar.
Yaşamaq ləzzəti getdi ölkənin,Dilimdə qabarı bitdi “bəlkənin”.Zaman dənizində ümid yelkəninGeriyə qayıtmaq gümanı ağlar.
İlahi, nə günə qalıbdı gör Hun?!Yalan ayaq açıb yerisə, gorxun.Mavi göz yaşıdır dərədə Orhun,Təpədə Tanrının dumanı ağlar.
Batıdan Doğuya varıp gedən iz,Hansı zamanlara yetdi vədəniz?Və...dəniz, içimdə itən beş dənizGəmisi kəm olub, limanı ağlar.
Hələ yozmadığım bir yuxu qalır,Gözümdə bir Monqol qıpığı qalır.Alnımda bir Türkmən çapığı qalır,İçimdə bir Altay şamanı ağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-aglar
Use ← → keys to move, R for a random poem
More by this author
Qırxıncı illərin qədəmi ağır...Yerə çınqı düşdü...
Qəm yemə, qaldısa son ümid yeri...Başını qatanda qürbət çağları,Gedib son mənzildə unutma ilki..
Gedərsən, məchula yol gedər gedənGedərsən, məchula yol gedər gedən,Qürbət, bir açılmaz sirdən başlıyar.
Nə yaxşı ki vətən var yaddan çıxdığın yerdəGah daşdan, gah divardansüzülüb hərdən-hərdən
Poems by other poets · Nature and spring
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
بتم باهر سری هر سو سروکار دگر داردغمش با هر دلی سودا و بازار دگر دارد
MəndənYeri dağlar, sənlə həmdəm olmaram,Dağlar, əsirgədin qarı da məndən,
Atashkadeh, chapter 36شاه خاور چون علم بر بام زدبا جرس بانگ رحیل شام زد