Qırxıncı illərin qədəmi ağır...Yerə çınqı düşdü...Bir dilim alovAyları, illəri böldü yarıya.Savaş gülbitirməz,çiçək yetirməz,Sərhəd zolağıtək düşdü araya.

Qara-qorxu doğdu hamilə dünya,Südəcər pöhrələr yandı, bürüşdü...Cərgəyə sonuncu gedən əsgərinBoyu da dörd barmaq aşağı düşdü.

Buradan günəş doğar, ordan ay batar,Yaxşı ki, zamanın vaxtın sonu yox.Beləcə sabaha şütüyər qatar,Amma ki, arada dörd vaqonu yox.

Fit verər...Zamanın səsəi ucalar,Gələcək səhərlər çıxar qarşına.Dörd vaqon qatardan ayrılıb qalar,Dörd nəsil yetişməz mənzil başına.

Körpə sinəsini verib qabağaArxadan həvəslə gələn nəsillərQalan vaqonları çəkib sabahaUzaq gələcəyə aparmaq istər.

Hardasa axına qoşular axınBöyüyər səngərdə sıxılan illər.Çəkər növbəsini neçə dəzgahınSoyuq dəstəyindən yapışan əllər...

Oyandı dörd ili susan həvəslərYenidən çağladı damarda qanlar.Doldu beşiklərə ilahi səslər,Heyif, döyüşlərdə qalan cavanlar...

Qırxıncı illərin “yarpaq tökümü”Hani ağsaqqallar yetmiş yaşında?..

Nənələr oturub yol gözləməzlər,Nəvə-nəticəni əzizləməzlər,Qocalar görünməz doqqaz başında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets