Yetim bir haray var...
Gözlər də göl kimi yağışla dolmuş,Bu necə ömürmüş, bu necə yolmuş?!Qızlıq yanaqları saralmış, solmuş,Gəlin əllərinin xınası ölmüş.
Ömrün qürubuna endi gözləri,Söndü arzuları, söndü gözləri.Bir cüt göl yerinə döndü gözləri,-Suları soğulmuş, sonası ölmüş.
Onsuz arzularım boyatdır, boyadVerməz əvəzini nə qohum, nə yad.Onsuz bir qəpiyə dəyməz ki həyat,Məndə yaşasa da mənası ölmüş.
Hanı axatardığım o həsrət, hanı?!Demə andırarmış ömür-gün anı.Yetim bir haray var gəzər dünyanı:-Görən harda qaldı anası ölmüş!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-yetim-bir-haray-var
Use ← → keys to move, R for a random poem