Gecə mübarək üzünüGördüm qəzavü-qədərin.Bu yuxu necə dərinmiş,Mənası ondan da dərin.

Tutuldum istər-istəməz,Ürəyimdən adı keçdi.Bir ilahi, doğma nəfəsÜzümü yaladı keçdi.

Ötən hər gecə bir qumuSözünü deyib qayıdır.Yuxuumu, yağmur suyumu,Torpağa dəyib qayıdır.

Qayıq olub yazı masamYüz axına qoşar məni.Bu yuxunu danışmasam,Bu yuxu danışar məni.

Eşqin ilki, sözün ilkiO, yoxluğun var üzüdür.Bu yuxu yuxu deyil ki,Taleyin astar üzüdür.

Hər qəlbdə bir ümid yatır,Gələn gedər,gedən baxar.Sabahı sudan boylanır,Axşamı güzgüdən baxar.

Nədən yazım, necə yazım,Bu yuxunu yazmaq olmaz.Bu yuxunu hara yozumBu yuxunu yozmaq olmaz.

Bircə görümü möcüzə,Bir də keçəl suya getməz.Gündüz görünməz hər gözə,Gecə hər yuxuya getməz.

Hardan mənə inam olub,Yüz yuxudan bir bu yuxu.Atam olub, anam olubÜstümdə əsir bu yuxu.

Mən heç, bir kimsəyə indiYoxdur istisi, soyuğu.Ölsəm, ölümdən şirindi,Qalsam, ömürdən bu yuxu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets