Bir olan, hər şeyi başladı birdənGünəş də axşamı səhər eylədi.Durna dimdiyin ucunda bir dən,Yoxluqdan varlığa səfər eylədi...

Hələ vaxt paragöz, sən ağzı oruc,Əyriyə əl açan əlin qabarı...Görürsən adını bilmədiyin gücSəni qabağına qatıb aparır.

Ceviz ağacının gərzəyi-xınaCevizlər ələnir bağçaya, bağa.Tökülüb arxların payız suyunaGedər hayandasa ağac olmğa.

Əsirimi qədərin əlində bədənZamanın toru var dünya qəmində.Allahın işidi harda hansı dənGedib kök atacaq hansı zəmində.

Bədənmi deyirsən? Neyləsin bədən,Sabahkı cavanmı dünənki uşaq?Yayın istisində əriyib gedənYox olan baharı kimdən soruşaq?

Ögey qardaşıdı gündüz gecəninArada görünməz göbək bağı var.Haçansa torpağa səpilən dəninGöyərib geriyə qayıtmağı var.

Sonra yolçu gedər yol uğurlanar,Sonra dərd əlində qalan tək qalar.Qürbətdən vətənə uçar durnalar,Sənə də ardınca əl etmək qalar...

Bu təzə zamanda hər şəy köhnədir,Bir olan, hər şeyi başladı birdən.Bəlkə deyəsiniz bəs həyat nədir?-Durna dimdiyinin ucunda bir dən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets