Vərdiş
Özgələr dəyişdi vaxt qatarınıÖzün də bilmədin heyif, yerini.Tutdular könlünün sus damarını,Bildilər ruhunun zəyif yerini..
Qarışıb bir ana bətnində genlərQardaş qardaşı sevməz..Dəyirman daşıdı deyib keçənlərAlt daş, üst daşı sevməz...
Bir zaman yoğrulub qanla bu torpaq,Bəlkə azadlığın mayası qandı.Canı unutmaqdı qanı unutmaqQanı unudanlar unudulandı.
Unutmaq sırası sənəmi düşdüUnutma, elə bir an gələ bilər.Bu gün şəhidləri unutsan işdiSabah bulaqlardan qan gələ bilər.
Gör hansı tufanın yelinə söndün,Gör hansı bayquşu zərdüşt elədin.Əvvəlcə ikiyə, üçə bölündünSonra bölünməyə vərdiş elədin…
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-verdis
Use ← → keys to move, R for a random poem