Laçınm, Laçınım- kəsilən əlim,Düşmən caynağında yetim gözəlim.Yolmu var, yanına hayandan gəlim?!Laçınım, Laçınım, yaralı quşum,Kimin var, halını kimdən soruşum?!

Dərdindən oxuyan...”Ay Laçın” deyir.Qalıb o yerlərdə əlacım deyir.Bəs indi mən kimə əl açım, deyim:Laçınım, Laçınım, yolu yoxuşum,Kimin var, halını kimdən soruşum?!

Laçınım, Laçınım,”Kəsmə şikəstə”m,Gah zilə ucalır, gah ötür pəsdən.Həvəsi, nəfəsi, səsi qəfəsdə...Laçınım, Laçınım,yaralı quşum,Kimin var, halını kimdən soruşum?!

Ömrümüz çürüyən ömr oldu niyə,Tanrıdan bu sayaq əmr oldu niyə?Yolların bu sayaq yomruldu niyə?Yolu yomrulmuşum,yaralı quşum,Kimin var, halını kimdən soruşum?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets