Ona nə ad yaraşır
O, kimdi,və sairəAtəşi tükənən muğ :Çəkdiyin bir dairə,Və...içindəki boşluq
Dənizə çatmayan çay,Heykələ dönməyən gil.Buluddan doğmayan Ay,Və... Neqatifdəki şəkil .
Ağrılı bir millətinYanlış çəkilən dişi.Yurd dərdini qürbətinCanına çəkən kişi.
Ya inkar et, ya bəyənO hədər,bu da hədər.Özü gedə bilməyənYerlərə sözü gedər.
Günə əyilən başıBoynu bükük bir ümid.Ona nə ad yaraşır,Nə ad dedin?-Tərəddüt.Dünya ona dört divar,Qürbət üzünə pərdə.Nə olduğu yerdə var,Nə olmadığı yerdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-ona-ne-ad-yarasir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir