Qəm döyən qapılar
Ana bətni, ya məzarHəyatın sərhədləriÇəkdiyimiz musibətbir udum hava üçün.
Qalmağa yer gəzirdibu dünyanın dərdləri,Ağaçlar ucalırdıquşlara yuva üçün...
Gəlib məndə kəsişirkəsişməyən sərhədlər,Yer altı da mən idim,yer üzü də mən oldum.Gəldim...qarışqa kimicanıma doldu dərdlər,Qəm döyən qapılarınbirisi də mən oldum...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-qem-doyen-qapilar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mö’minlərə
Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
Guzarandan küsəndəO uzaqdan işıldayanGümüş deyil, dəmir imiş.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.