Guzarandan küsəndə
O uzaqdan işıldayanGümüş deyil, dəmir imiş.Ömrüm boyu işıq gəzdim,Demə, bu da ömür imiş.
Dünya oyun, dünya ilğım,Təpə imiş uca dağım.Bəyaz bilib tanıdığım,Qapqaraca kömür imiş.
Təzə çəkmə, təzə qəlib,İş bacaran bekar qalıb.Əmir dönüb nökər olub,İndi nökər əmir imiş.
Çaş-baş qaldıq bu dünyada,O dünya düşmədi yada.Qəlbimizdən qopan nida,Səs deyilmiş, səmir imiş.
Biz gül ikən qanqal bitdik,Torpağa qarışıb itdik.Pis zamanda gəlib-getdik,Dünya evi təmir imiş.
May, 1995
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-guzarandan-kusende
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Vəfatı münasibətilə*– Öldürdü lap bu dərd bizi,
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.