Tanrı adından iş görən,Göyün çərxi-fələyi var.Gündə yerə gəlib-gedənNeçə-neçə mələyi var.

Tanrım, qoru bizi şərdən,Çox söz çatır sənə yerdən.Bilirsən, qövmü-bəşərdənHansının nə kələyi var.

Vallah, aləm imiş aləm!Ekiz bacıdır sevinc, qəm.Kefi kök olanın da həm,Qan ağlayan ürəyi var.

Biri varlı, biri kasıb,Var hər kəsə deyil nəsib.Buğdaya, una münasibXəlbiri var, ələyi var.

Adəmi aldadan şeytan,Əl çəkməyib bu dünyadan.Yeri yerindən oynadanTufanı var, küləyi var.

Qarışıbdır yalan-gerçək,Bu dünya olub görəcək.Bu yuxu uzun sürəcək,Qurğuşundan bələyi var!

Bakı, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bu yer məşğuldur

(Replika)*Çox işlənən bir sual-cavabdı bu!

2 min
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponim

Müşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.

2 min
İki toponim

Baba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.

3 min
Üç qat qala divarı

Nəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.

3 min

Poems by other poets