Azad gəlir dünyaya,Azad cənabdı insan.Ömrün hər sualına,Hazır cavabdı insan.

Bilinmir əsl yaşı,Bəlalar səkib başı.Özü-özünə qarşı,Çox bədhesabdı insan.

Bir kəlmə sözdən küsər,Gülər, ağlayar, susar…Başdan-başa, sərasər,Bütöv əzabdı insan.

Aldatmasa nəfs onu,Danmaz haqqın yolunu.Bir insan olduğunuBilsə – savabdı insan.

Özü gəldi-gedərdi,Səbri ümman qədərdi,Çəkər dağ boyda dərdi,Demə, bitabdı insan.

Hərdən bulud tək dolar,Tanrıya da ağ olar.Burdan məhşərə yol var –Yolda yatabdı insan.

İyun, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets