Qoyun
Əvvəl bu söz «qoyun» idi,«Q» düşdü, «oyun» qaldı,«O» düşdü, «yun» qaldı,«Y» düşdü, «un» qaldı,«U» düşdü, «N» qaldı,«N» də məlumdur ki,naməlumdur,Bəs, onda bizə nə məlumdur?!
Doğulanda qoyun doğuldu,Başına min oyun açdılar,Ömrü-günü oyun oldu.
Çərxi-fələyin çarxındaO qədər fırlandı ki,Yumağa döndü yun oldu.
Yunu o qədər çırpdılar ki,Ovum-ovum ovuldu,un oldu.Unu da göyə sovurdular,yerində «N» qaldı.«N»dən o yana yol yoxdur.Görən, bizə nə məlum oldu?!Nə məlum oldusa danaməlum oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-qoyun
Use ← → keys to move, R for a random poem