Vələs
Meşədə durmaqdan yoruldu vələs,Bir ayaq üstündə çox durmaq olmaz.«Odunçu, amandır, gəl məni də kəs!Uzanım torpağa, dincəlim bir az».
Meşəni yuxudan oyatdı balta,Vələsi kəsdilər, doğradılar da.«Nə qədər ağactək yaşamaq olar?Odun olmağın da öz aləmi var».
Odunçu odundan bir-bir hər axşam,Sobada yandırdı, ocağa atdı.Vələsi yenə də yaşatdı inam –«Yanmağın özü də başqa həyatdı».
İndi yazıq vələs odun da deyil,Bir topa tüstüdür, bir ovuc da kül.
Meşənin üstüylə süründü tüstü,Yaşıl vələsləri görəndə küsdü.Küsdü taleyindən, küsdü bəxtindən:«Bir zaman nə idim, indi nəyəm mən».
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-veles
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
MənSəyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,