Yaz olar, yarpaqlar yoxdan var olar,Tanrının kölgəsi düşər üstünə.Yenidən ilk bahar son bahar olar,Payız baharların durar qəsdinə.

Çiçəyi çırtlayan bahar nə bilsin,Gedib qışa düşər yazın kölgəsi.Kimin qarğışıydı: kölgən kəsilsin,Qısalar ömrünün uzun kölgəsi…

Ölümə çarə yox! Ümiddən əl çək,Nə səbir? Bu dünya səbir yerimi?Yazın əvvəlinə açılan çiçək,Solub nişan verər qəbir yerimi…

Quluqsa, biz kimin qulluğundayız,Ölümmü doydurar gözü acları?..Məzar torpağımı öpər hər payızPələş yarpağıyla göz ağacları...

Gedən gedərgidir, mənim-sənim yox,Çıxılmaz dərdlərə vətən-bir ölüm.Mən nə istəyirəm, sonda mənim yox,Allahın xoşuna gedən bir ölüm...

Kölgələr çəkilər, bitər yır-yığış,Ölüm saatını fələklər qurar.Gizlənib içimdə köks ötürər qış,Hardasa haqqımda yaz qeybət qırar.

Bir cür başa vurur hər kəs ömrünü,Boşuna soluxmur açılan çiçək.Göylərə boylanın mən ölən günüGögzlənən işarət göydən gələcək..

Hərəniz bir işin tutun qulpundan,Nə dərdə gərək var, nə çək-çevirə.Qazın məzarımı, yaz buludundan,Gün şəfəqlərinin düşdüyü yerə…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring