Qırxıncı qapıyam sirrim bilinməz,Bir sir ki, nə ahşam, nə sabah bilər.Mən elə yerdəyəm, yerim bilinməz,Yerdəyəm,göydəyəm,bir Allah bilər.

Ömür-yaşanası həftələr, aylar,Ölüm-duyulası son xəbər olur.İtirir adını dənizdə çaylarXəzərə çatdımı Kür, Xəzər olur.

Mən ki,gözləmədim gözə girməni,Bir gün gözdən çıxar gözə girənlər.Mən sənə qıymaram, sən itir məni,İtir, əziz olur itirilənlər....

Gəldiyin kimi də getmək gözəldiBədəndən sıyrılıb ruh oılmaq gözəl.Dənizə qarışıb itmək gözəldi,Tanrıya qovuşub yox olmaq gözəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love