Eşit harayımı, ay mehribanımSevmişim, bir daha sevirəm səni.Gəlmişim qapına bir qərib kimiÜmidə, pənaha sevirəm səni.

Bir dili qurumuış ilan danışıb,Yarın filankəslə filan danışıb.Bəlkə çoxu mənə yalan danışıb,-Batmaram günaha, sevirəm səni.

Keçdimi növrağı qələm qaşlının,Qəlbi yuxalının, gözü yaşlının.Ahı yerdə qalmaz uzun saçlının,Dözmərəm o aha, sevirim səni.

Ay Məmməd, qəlbində demə aram var,Halal sevdamızda axı haram var.Haraya and içim, mənim haram var,-İnan bir Allaha, sevirim səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love