Bu yaz idi....
Bu yaz idi...Gəlişindən xəbər tutmamış,Novruz gülü qar altında çiçək açırdı.Gün vurduqca zirvələrə çəkilirdi qış,Ətəyini dəstələyib kənddən qaçırdı.
Bu yaz idi...Kövrəlmişti torpak qar kimi,Qışla bahar bir-birinə qarışırdılar.Dağdan enən, dağa qalxan çığırlar kimiBir çiçəyin dövrəsində barışırdılar.
Bu yaz idi...Yol gedirdi günəşə sarı,Ovxarlanmış bulaqların üzüyolaydı.Gündüzləri-- vadilərin buz daşqınları,Gecələri—durnaların hava yoluydu.
Bu yaz idi...Buğlanırdı ətirli tüstü,Şəfəqləri üsküklərə süzürdü arı.Büllur günəş çələngiydi dünyanın üstü,Bürümüşdü yer üzünü fərəh yolları.
Bu yaz idi...Arzuların göy quşağıydı,Mavilikdə çırpınırdı ürək qu kimi.Dünya özü xəyalpərvər bir uşağıydı,Şiriniydi ilk məhəbbət məktubu kimi.
Bu yaz idi...Gül bitirdi ayaq səsindən,Xoşbəhtliyə qərq edirdi keçdiyi yeri.Ömrü kövrək qocaların hafizəsindənÖmrün neçə ilk baharı dönürdü geri.
Mart gecəsi...Təbiətin ovçu bərəsi...Çiçəklədi çağalalar—çöl ərikləri.Dünən qışdı...Bu gün bahar çıxdı səhərə,Bir gecədə yarpaq basdı pöhrəlikləri...
Bu yaz idi...Gözəllikdən gözü qamaşdı.Sevincindən dodağında qan qalmamışdı.Elə bil ki, yer üzünün sevən günüydü,Dünya özü baştan-başa ehtizaz idi—Bu yaz idi...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-bu-yaz-idi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
DüşübdüŞəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.
به فکر نرگست افتاده نرگسبه خواب ناز رخصت داده نرگس