Sıx məni
Uzun-uzun işləkləriqışa qalan bu qarın.Yaz açılsa, göz açılsasırr qalacaq sirri yox!Qara qoçu, ağ qoçu vargedər-gəlməz yollarınNağılların əvvəlindəbiri vardı, biri yox!
Bu gecənin qaranlığıqaçırıbdı yuxumu.Ürəyimdə bir nəğməninaçılacaq səhəri.Qara-qara barmağıylatopraq sıxır tohumu,Sıxır, sıxır, sıxıldıqca arpa,buğda göyərir.
Ömrüm-günüm əllərimdənçıxıb gedir keçmişəO illərdən, o aylardanbaşarırsın yığ məni.Bir fürsətəm, girəvəyəməllərinə keçmişəm,Sıxılmağın xeyri varmışzaman, zaman, sıx məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-six-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
VücudnaməƏsli binadan vəsfimi söyləyim:Ata bətnindən gəlmişəm anaya.
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini amFəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,