Ömür su kimidir
Gəlir xəyalıma mürqülənən kənd,Qızılgül zoğunda yanan arzular.Bir də ki, cuvarın verdiyi möhlət,Ayağım altında çağlayan sular...
Keçərik qoynundan qışın, baharınVaxt bizə dəsə də irəliyə bax;Axırı torpağa hopan suların,Əvvəli dəhnədən üzülüb ancaq.
Bizim ömrümüz də bənzər o suyaDönüb neçə-neçə, hissə, duyğuya,Sozala-sozala yol gəlir hələ,Azala-azala yol gəlir hələ.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-omur-su-kimidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Çalma, qaboyHeç vaxt boyanmamış qanaQarabağ bugünkü kimi.