İçimdə qışlayan dərd
Baharın nəfəsi üzümə dəydi,Sirrini öyrənsəm nə idi dərdim.Hardan gəldiğini bilə bilsəydimGedib bu dünyaya bir də gələrdim.
İçimdə qışlayan dərd bəxtəvərdi…Məndən bəxtəvərlik umur çoxları.Qönçələr bahardan gələn xəbərdi,Döyər pəncərəmi tumurcuqları.
Damla damarları sökülər qarın,Ərinə-ərinə qış çıxıb gedər.Budağı qapımı döyən çinarınDibindən bir həzin su axıb gedər.
Görüncə açılan gül dodaqları,Sənin də gəncliyin girər yuxuna..Sabahlar ilahi gözüylə TanrıBaxar heyran-heyran yaratdığına.
Nə gözəl olurmuş yenidən doğuş!Çəkilər içimdən dərd birdən-birə.Ətcə balasına dən daşıyan quşMənə dimdiyində ümid gətirər.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-icimde-qislayan-derd
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Sənəm alLal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!
Qayıt, dedimBir bahara əl uzatdım, bir qışaQayıt, dedim, qayıtmadı.
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.