Allah amanında...
Məkansız aşığın haqdır məkanı.NəsimiQara səni basıncaDərd əkib, qəm suladın.Dolaşıb arxasıncaBaxdını yamsıladın.
Döndün qürbət daşına,Bir gün də Vətənə dön.Dön, elin yaddaşınaİtiyi itənə dön.
Düşdüm mən də bir işdiDiyar-diyar gəzəli.Yollarımı dəyişdiBaxdın görünməz əli.
Sorma, nəyin nəsiyəmGəl sözümü çevirmə.Mən Allah bəndəsiyəm,Mənimlə bəhsə girmə.
Uçurumdu hər yanım,Təkliyin yanındayam.Nə evim, nə ünvanımAllah amanındayam.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-allah-amaninda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gözəl BərdəUlu Nizaminin sevdiyi Bərdə,Uyuyur ulduzlu düşüncələrdə.