Gözəl Bərdə
Ulu Nizaminin sevdiyi Bərdə,Uyuyur ulduzlu düşüncələrdə.
Gəzdim bu oylağı mən oymaq-oymaq,Canlı gözəllikdən olarmı doymaq?!
Keçdim keçidləri, aşdım bəndləri,Bərdənin Bayandur, Boyat kəndləri! –
Canlı boylarıdır "Dədə Qorqud"un,Ruhudur tənburun, qopuzun, udun.
Sular dadlı-dadlı çağlar bu yerdə,Bağçalar bu yerdə, bağlar bu yerdə!
Şairlər seyr etsin bu gülüstanı,Ömür dastanıdır, ömür dastanı!
Görünməz üzlərdə, gözlərdə pərdə,Günəş bəldəsidir sevgili Bərdə!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-gozel-berde
Use ← → keys to move, R for a random poem
More by this author
Yaxşılar pislər ilə yar ola bilməz, məncə,Pis adam yaxşı sənətkar ola bilməz, məncə.
Sənsiz duramıyorumSənsən bu yer üzündəGecəm də, gündüzüm də,
Onsuz gecəSonsuz gecələr cənnətə uğrardım onunla,Dağlardakı sellər kimi çağlardım onunla.
Nə bayramdır bu bayramNə bayramdır bu bayram,Mənim könlüm açılmaz,
Poems by other poets · Love
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
عشق مضمون خط لوح جبین است مراسرنوشت از قلم صنع همین است مرا
Bivəfa yarə könül versə vəfadar əbəsBivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,