-Neçin birdən saraldın,söylə, yaşıl çəmənim?-Səni duymaqdan özgə,bir işim varmı mənim?

-Neçin qaraldın, bulud,mənim bəyaz çətirim?-Ürəyindən keçmədisənə yağış gətirim?

-Yağdımı günlü yağış,Doğdumu göy qurşağı?-Ürəyinə dammadıgəlib baxtına baxım.

Sübhün dan yellərindəÜç ilə beş arası:O işıq, bu qaranlıqTanrının işarəsi.

-Tanrım, gündüz varikən,niyə verdin gecəni?-Bəs hardan tapasıydınürəyindən keçəni?

Varmı var olan, Allah,Ya elə yox qədimmi?-Sən səndən xəbərsizyoxdan var etmədimmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love