Bu dünya dağıldı getdiYerdə nə qaldı görəsən?Suları soğuldu getdiKürdə nə qaldı görəsən?

Dağı-qar idi, açıldı.Yolu-dar idi, açıldı.Nəyi var idi, açıldıSirdə nə qaldı görəsən?

Haqq sınağı yönüm olduQəmi qəlbə qənim olduHər əzabı mənim olduDərdə nə qaldı görəsən?

Sorağına gəlib getdim,Marağına gülüb getdim.Nəyi vardı bölüb getdimYerdə nə qaldı görəsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets