( 5 Mart 1953 )

Məktəbə bir radyo gətirmişdilər

Gələn xəbərlərə əsirdi hamı.Adamlar başını itirmişdilər,Ağlayıb başını gəzirdi hamı...

Nə sinif var idi, nə dərs, nə cərgəDönüb göl olurdu dərd dama-dama.Mən də ağlayırdım hamıyla birgəNiyə ağlayırdım, bilmirdim amma.

Məktəbdən dönürdük tərkində qəmin,Baharın nəm çəkən yol palçıqdı...Sibirdən sürgündən qayıdan əmimYerdənmi, göydənmi qarşıma çıxdı:

“Niyə ağlıyırsan, kim döyüb səni!Boşuna susmağın yeri yox, gördüm.Onsuz da göz yaşım satmışdı məni“Stalin ölübdü, deyib hönkürdüm...

“Gör kimə ağlayır axmağın biri,Bir dur, səninləyəm, ayə karmısan?Onun var-yoxunu...Ağlama, kiri,Ağlama, mən ölsəm, ağlayarmısan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice