Ayrıldıq! Tükəndi ümid yeri dəÖmür misalını yelə çək daha.İrəli deyilən qaldı geri dəÖləcək yeridi gələcək daha...

Ölüm sabahına söküləndə danVaxt sənə bir şeylər dedimi keçdi?Aramız açıldı.Bu aralıqdan,Şeytanmı sivişdi, kədimi keçdi?

Qürbətə düşənlər unudularkən

Qara günümüzə bəyaz geyən var.Arada bu qədər məsafə varkənBizə araları yoxdu deyən var...

Gedib özgəsindən soruşma vaxtı,Solan çiçəkləri dolan bar bilər.Eşqin çıxış yolu niyə çıxaqdı,Girib aramızı vuranlar bilər...

Boşuna düşdüyün nə həvəs idi,Peşinə düşdüyün nə köçdü belə?!..Bizim aramızdan su keçməz idiBizim aramızdan nə keçdi belə?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets