Mən tarixi ikiyə bölürəm,Biri elmə söykənən tarixdi,Yaradılıb təcrübə üzərində.Şeirdə, fəlsəfədə, təbiətdə.İkincisi dinlər, əfsanələr,Təbiətdən, insandan uzaq fikirlər.İnsanın elmə söykənəntarixini oxumuşam,Düşünmüşəm, ləzzət almışam.İkincisi bir bulud kimi, qaranlıq kimiUzaqdı insan təcrübəsindən.Gərək yapışaq insanıntəcrübə tarixinə,Çünki orda həqiqət var,bəşəri hisslər var.Ağıl, məntiq var.O birində əl çatmayan bir qüdrətidarə edir insanları.Bir qism insan keçiribƏl çatmayan asimanı əllərinə.Hökümət edirlər insanlara icbarən.Birisi insanı azadlığa çağırır,O biri fikir zindanları yaradır.

8.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice