Türk yazarı Əziz Nesinləİllərlə dostluq etmişəm.Siyasi fikirlərimiz fərqli olsa daAmma böyük insan gördüm onu.Gəlib götürərdi məni İstanbuldanÇatalcada özünün uşaqlar evinə.Minərdik bir avtobusaDanışardıq yol boyuBir gün dedim:– Sənin kitablarından yaxşı gəlirin var,Nə gərəkdir minəsən köhnə maşınlara.– Qardaşım, mən alıram fikirlərimi,İlhamımı sadə adamlardan, - dedi.Kitablarının gəlirindən –Bir uşaq evi düzəltmişdi.Ən kiçik yaşdan, yeniyetməyədəkUşaqlar gördüm orda.Böyüklər kiçiklərə baxırdı,Yaşayırdılar ailə kimi –Əziz Nesinin başçılığı altında.Unutmuram bir mənzərəni –Oturmuşdum Əziz Nesinlə evdəBir kiçik qız gəldiOturdu Əzizin dizləri üstə sormadan,Biz danışırdıq, uşaq baxırdı sakitcə,Gözlərindən, üzündən razılıq yağırdı.Sanki söyləyirdi ürəyindəƏziz də, ev də, bu dünya damənimdi.

14.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets