Yetmiş beş yaşıma

Yaxşı-yaman günlər görmüşəm.Gəzmişəm müxtəlif ölkələri,Gürbəcür insanlar görmüşəm.Ayırmamışam millətləriZahiri fərqinə görə,Dininə, irqinə,rənginə görə,Hamını insan gözündəGörməyə çalışmışam.İnanmışam insanınİnsan kimi doğulmağına.Əfsus, din xadimləriBağlayıblar insanların ümidlərin,Göydə olmayan Allahlara.Odur ki, insanlar –Hərəkət edirlər ruhsuz, iradəsiz.Yaşayırlar həvəssiz.Ancaq yaradıcı insanlar,Can atırlar –Həqiqəti görməyə, göstərməyə.Yeni bir dünya başlayır.Yeni nəsil yetişir.İnanıram ki,qurulacaq yeni dünyadaZülmə, zalımlığa yer qalmayacaq,Zindanlar, işgəncələr olmayacaq.

04.03.2009, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets