Bir ziyalı sordu
Məndən bir ziyalı sordu bu gün,Əgər ədəbiyyatda, fəlsəfədəSon söz deyilibsə,Daha nə lazımdırYenidən yazıb-yaratmaq?«Leyli-Məcnun»u Nizamilər, FizulilərBəyan ediblər.Daha nə lazımdır, təzədən yazmaq?Ya fəlsəfədə Hegel, MarksYaradıblar bu elmin əsaslarınıDaha nə lazımdır təzə fəlsəfə yaratmaq?Vaxt yox idi bu ziyalıyaCavab verəm təfərrüatı ilə,Yalnız dedim ki, elmdə, ədəbiyyatdaTəzələnir fikirlər.Çünki dəyişilir zaman, məkanİnsan yaradıcılığının müqabilində.Düzdür ki, böyük şairlər, filosoflarYazıblar, yaradıblarƏbədi qalan ədəbiyyatı, fikirləriöz mühitlərindəAmma hər zamanın şairi, filosofuolması lazımdı.Onlar da yaradırlar bunlarıcanlı təcrübələrində.Çünki elm irsdən gəlməz ələ,Gərək insan yarada öz təcrübəsində.
08.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-bir-ziyali-sordu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Vüsali müjdəsidin əşkbar gözüm,Gər ağlamas nə əcəb edir nisar gözüm.
Khosrow and Shirin, chapter 93خبر ده کاولین جنبش چه چیز استکه این دانش بر دانا عزیز است
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Şairlər ağlayacaqEvdə girovdu gəlin.tərəddüdlər içində.