Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!

Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə!

Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!

Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!

Yolunda intizari-məqdəminlə xak olan çoxdur,Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!

Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love