Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş,Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.

Götürmüş xakdən tüğyani-əşkim xarü xaşaki,Başım üzrə məlamət quşlariçün aşiyan etmiş.

Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can,Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş.

Səninlə də’viyi-hüsn etdigiçün mülki-hüsn içrə,Fələk tə’zir edib Leylini rüsvayi-cəhan etmiş.

Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndirKi, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.

Gəzən peykanlarındır təndə, ya can bağinə eşqinBəla sərçeşməsindən hər tərəf sular rəvan etmiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Füzulidən mizacın münhərif gördüm bu gün yarın,Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love