Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz,Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidqilə qədrin artırar,Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkərRişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degilKim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gər çox istərsən, Füzuli, izzətin, az et sözüKim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets