Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz,Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.
Zahida, tərk etmə şahidlər vüsali-rahətin,Gər ibadətdən həmin qilmanü huradır qərəz.
Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var,Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.
Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəstKim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.
Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq,Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.
Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkimKim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər,Surəti-halın, gər izhari-təmənnadır qərəz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-xelqe-xublardan-vusali-rahetefzadir-qerez
Use ← → keys to move, R for a random poem
More by this author
Fariğ idim cümlə aləmdən, bilir aləm məni,Eyb edərdi bixəbər sanıb bəni-adəm məni.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüdaBülbüli-zarəm, güli-rüxsari-alindən cüda,Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Sinə çakü didə nəmnakü bədən əfgardirSinə çakü didə nəmnakü bədən əfgardir,Can həzin, xatir qəmin, şeyda könül bimardir.
Yar bilgəc halimi bir rəhm peyda eyləyəYar bilgəc halimi bir rəhm peyda eyləyə,Anlayıb dərdi-dilimni, bir müdava eyləyə.
Poems by other poets · Love
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
A narın-narınDil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.
ای روشن از رخ تو زمین و زمان همهتاریک بیتو چشم همین و همان همه
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!