Hər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.

Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.

Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,Gülxənəm, əksik degil xakistərimdə əxgərim.

Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.

Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin,Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.

Nola hər saət od üstündə durarsam dud tək,Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim,Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love