Bu, Məcnun atasının vaqifi-hal olduğudur və onu biyabani-möhnətdə bulduğudur
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Gəncinəgüşayi-gəncgöftarOlmuş bu əda ilə gühərbar:
K'ol bir neçə biqərarü məhzunNaçar qılıb vidai-Məcnun,
Nomid dönüb şikəstəvü xar,Qıldılar atasını xəbərdar.
Ol pir çü vaqif oldu halə,Məcnun kimi etdi ahü nalə.
Səhralərə tutdu seyltək üz,Vadilərə açdı çeşmətək göz,
Çox aradı, gəzdi hər məkam,Bulunmadı oğlunun nişanı.
Ta aqibət ol şikəstəhaliBir guşədə gördü laübali.
Düşmüş yerə, xaksarü qəmnak,Əhvalı xərabü sinəsi çak.
Dönmüş güli-sürxi zə'fəranə,Şümşadi-lətifi xeyzəranə.
Ayinəsini qubar tutmuş,Jəngi-qəmi-ruzigar tutmuş;
Etmiş əlifin sitəm yükü dal,Qılmış qələmin fələk qəmi nal.
Həmsöhbəti murü həmdəmi mar,Təkyəgəhi xakü bəstəri xar.
Xar üzrə ona dəlik-dəlik tən,Açmış qəm evinə dürlü rövzən.
Ol pir, çü gördü surəti-hal,Surət kimi qaldı bir zaman lal.
Bir ləhzə onu təhəyyür aldı,Heyrət gözü ilə baxa qaldı.
Sonra yaxa yırtıb etdi fəryad:"K'ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,Əsrari-nihanini əyan et.
Kim aldı əlindən ixtiyarın?Kim eylədi tirə ruzigarın?
Billah, netə biqərar olubsan,Aşüfteyi-ruzigar olubsan!
Nə seyrdəsən, sənə tələb nə,Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,Sən söylə, mən eyləyim sərəncam.
Zülmətdə isə şəm'i-məqsud,Rövşən qılü məndən istə mövcud".
Məcnun dedi: "Ey mənə verən pənd,Danayi-süxənvərü xirədmənd!
Kimsən, nədürür bu göftgulər,Bifaidə batil arizulər?
Get, dərdimə sən dəva degilsən,Biganəsən, aşina degilsən!
Mən böylə kəmalə tutmazam guş,Leyli sözü söylə, yoxsa xamuş!"
Dedi: "Mənəm atan, ey bəlakəş,Mən səngi-məlamətəm, sən aləş!"
Dedi: "Nədir, atə, yoxsa anə?Leyli gərək, özgədir fəsanə".
Çün gördü itaətində ehmal,Bildi ki, fəqir özgədir hal,
Verdi bu firib ilə təsəlliKim: "Dur gedəlim, çağırdı Leyli!
Leyli bizə gəldi, mihmandır,Lə'li tələbində dürfəşandır".
Məcnun ki, eşitdi Leyli adın,Sandı ki, fələk verər muradın.
"Lobbeyk" deyib ayağə durdu,Ol Kə'beyi-məqsədə üz urdu.
Pir ilə cəvani-dilşikəstə,Gəldi evə düfigarü xəstə.
Başında həvayi-vəsli-Leyli,Nə ata qəmi, nə ana meyli.
Gah ata nəsihət etdi ağaz,Gah anası oldu pəndpərdaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-21
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əhli-halə sanma, ey dil, bu cahan məqbuldurAqilə cahü cəlal dövləti məxzuldur
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.