Bu, Məcnuna anası pənd verdigidir və bustani-məlamətdən xari-nəbamət dərdigidir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
"Key rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Şə'nində rəyasəti-ərəb var,
Mirasi-şücaətü ədəb var.
Ətvari-müluki tut həmişə,
Ayini-şücaət eylə pişə.
Əbruyi-xəm isə gər muradın,
Süst etmə kəmanə e'tiqadın!
Müjgani-siyahdən götür dil,
Ol navəki-cansitanə mayil!
Olsan nigərani-qəddü qamət,
Qıl nizeyi-xunfəşanə rəğbət!
Gər zülf ilə görmək istəsən xal,
Gör hey'əti-nöqtə, peykəri-dal!
Könlün gözü qaşə olsa məftun,
Gör dideyi-eynü əbruyi-nun!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən lə'lsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Etmə özünü hübabmanənd
Başında olan həvayə xürsənd!
Kim, yoxdurur ol həvayə bünyad,
Başın olur ol həvayə bərbad.
Sərgərmlik etmə şəm'nisbət,
Suzi-qəmi-eşq ilə mürüvvət.
Gör şəm'i necə düşər bəlayə,
Başına gedən, gedər fənayə.
Zövqi-dilü didə qılma adət!
Salma meyü şahidə iradət!
Məhbubü mey ilə bəsləyən can
Sanma olur əhli-əqlü iman!
Əqlimi olur müdam məstin?
İmani olurmu bütpərəsin?
Şe'rə həvəs etmə kim, yamandır,
Yaxşı deselər onu, yalandır!
Hala qıla gör kəmal hasil,
Fövt etmə məcal, gəzmə qafıl!
Ey baği-ümidimiz nihali,
Qılma bizi nəng payimali!
Məhbub həm istəsən, kəm olmaz,
Biz kim, səniniz, sənə qəm olmaz.
Vardır bu həşəmdə rain qəbilə,
Hor taifə içrə min cəmilə.
Bir-bir qılalım qamu sənə ərz,
Yetsin yerinə bizə olan fərz.
Bir sərvi-səhiqədii səmənbər T
əzvicini edəlim müqərrər,
Tə'yin edəlİm sənə məhü sal,
Sərf eyləyə bildigincə əmval.
Sən tutma həmin təriqi-vəhşət,
Qət'i-nəsəb eyləmə əmanət!
Bizdən bu nəsihəti qəbııl et!
Hər ləhzo bizi, yetər məlul et!
Üşşaq sefahətin qılıb yad,
Bu şe'ri nə xoş demiş bir ustad:
Qəzəli-ustad
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cabandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüra deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ld: "Gözəllərdə vəfa var",
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-22
Use ← → keys to move, R for a random poem
More by this author
Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Xəlqə ağzın sirrini hər dəm qılır izhar sözXəlqə ağzın sirrini hər dəm qılır izhar söz,Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməzBana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəsEy könül, ol xəncəri-müjganə eylərsən həvəs,Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.
Poems by other poets · Love
Durma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm