Təşneyi-cami-vüsalın abi-heyvan istəməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Zülməti-zülfün giriftari dəm urmaz nurdən,Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.
Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,Sakini-künci-qəmin seyri-gülüstan istəməz.
Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür,Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.
Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib,Hiç sultanəm deyən mülkünü viran istəməz.
Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim,Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,Qaliba, ərbabi-iste’dadı dövran istəməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-tesneyi-cami-vusalin-abi-heyvan-istemez
Use ← → keys to move, R for a random poem
More by this author
Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas,Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
SaqinaməSaqi , mədəd et ki , dərdməndəm !Ğəm silsiləsinə payibəndəm .
RübailərEy nəş'əti-hüsni-eşqə tə'sir qılan!Eşqifə binayi-kövni tə'mir qılan!
Bu, həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istid'ayi-sətri-laibdirƏlhəmdü livahibil-məkarim,Vəş-şükrü lisahibil-mərahim.
Poems by other poets · Love
Eşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
وقت آن شد کز دلم صبح سعادت سر زنددولت دیدار یارم حلقهای بر در زند
Salubdı indi nəzərdən, gedüb, o yar məniSalubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır