Ey nəş'əti-hüsni-eşqə tə'sir qılan!Eşqifə binayi-kövni tə'mir qılan!

Leyli səri-zülfini girehgir qılaü!Məcnuni-həzin boynuna zəncir qılan!

Tutsam tələbi-həqiqətə rahi-məcaz,Əfsanə bəhanəsilə orz etsəm raz,

Leyli səbəbilə vəsfm etsəm ağaz,Məcnun dili ilə etsənı izhari-niyaz.

Lütf ilə şəbi-ümidimi ruz eylə!İqbalımı tövfıq ilə fıruz eylə!

Leyli kimi ləfzimi diləfruz eylə!Məcnun kimi nəzmimi cigərsuz eylə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love